Ukraynanın Odessa şəhərində keçirilən fiqurlu konkisürmə üzrə beynəlxalq turnirə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, “LuMi dance trophy-2021”də çıxış edən Azərbaycan idmançıları mükafatçılar sırasına düşə bilməyib.
Cəmi 6 duetin mübarizə apardığı idman rəqslərində qüvvəsini sınayan Yekaterina Kuznetsova və Aleksandr Kolosovski cütlüyü yalnız 4-cü yeri tutub. Təmsilçilərimiz həm ritmik rəqsdə, həm də sərbəst rəqsdə 4-cü olub. Onlar dünən 61,31, bu gün 87,08 xal toplayıb.
Qeyd edək ki, yarışın qalibi adına ukraynalılar Aleksandra Nazarova və Maksim Nikitin layiq görülüb – 191,95 xal.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub