Tokio-2020 Yay Olimpiya Oyunları ilə bağlı yekun qərar mayda veriləcək.
Apasport.az saytının məlumatına görə, bu xəbəri Rusiyanın “RİA Novosti” agentliyinin Yunanıstan Milli Olimpiya Komitəsindəki mənbəyi verib.
Qurumdakı mənbə bildirib ki, Olimpiya Oyunlarının ləğvi, başqa vaxta təxirə salınması, yoxsa nəzərdə tutulduğu tarixdə keçirilməsinə dair yekun qərar iki aydan sonra veriləcək: “İndi bu barədə danışmaq tezdir. Hər cür ssenari mümkündür. Yekun qərar Təşkilat Komitəsinin mayda keçiriləcək iclasında veriləcək. Həmin vaxt koronavirusla bağlı da qeyri-müəyyənlik başa çata, onun yayılma vəziyyəti bəlli ola bilər. Hər şey mümkündür”.
Qeyd edək ki, Yaponiyanın paytaxtında təşkil olunacaq Olimpiada iyulun 24-dən avqustun 9-dək keçiriləcək.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib