“Opera Euro Rapid” turnirindən sonra “Champions Chess Tour”un ümumi sıralaması açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov 19 şahmatçının yer aldığı siyahının liderlərindən biridir.
Təmsilçimiz arxada qalan turnirlərdən sonra topladığı xallara əsasən ABŞ şahmatçısı Uesli So ilə şərikli liderdir. Hər iki qrossmeysterin 108 xalı var.
Zirvənin şərikli liderlərini dünya çempionu Maqnus Karlsen izləyir. Norveçli 85 xala malikdir.
Rəcəbov qazandığı mükafatların məbləğinə görə də 1-ci yerdə qərarlaşıb. Teymurun 73 min 500 dollar əldə edib. So 70, ermənistanlı Levon Aronyan 50 min avro qazanıb.
Qeyd edək ki, tur çərçivəsində üç turnir keçirilib.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub