
Qadın sablyaçılardan ibarət Azərbaycan milli komandası Kanadanın Monreal şəhərində keçirilən beynəlxalq Qran-Pridə iştirak edir.
Apasport.az saytının məlumatına görə, yığma üzvlərindən Anna Başta şəxsi yarışda qrup mərhələsini 5 qələbə ilə başa vuraraq birbaşa əsas mərhələyə vəsiqə qazanıb.
O, 1/32 finalda Rusiya təmsilçisi Alina Mixaylovaya 13:15 hesabı ilə uduzub.
Qrupu 4 qələbə ilə bitirən Səbinə Kərimova da əsas mərhələyə kimi irəliləməyi bacarıb. Sablyaçımız pley-offda Cənubi Koreya idmançısı Hayounq Jeona 15:5 hesabı ilə qalib gəlib. Kərimova 1/32 finalda digər koreyalı sablyaçı Jisu Yuna 6:15 hesabı ilə məğlub olub.
Qrupda 4 qələbəsi olan Valeriya Bolşakova İspaniya idmançısı Araceli Navarroya 6:15 hesabı ilə məğlub olub. Pley-offa 3 qələbə ilə yüksələn Sevil Bünyatova isə fransalı Şarlin Taylandierə 11:15 hesabı ilə uduzub.
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub