Daha bir tanınmış tennisçi sevgilisinə qarşı zorakılıqda ittiham olunur.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı Nik Kirios keçmiş sevgilisi Kiara Passari tərəfindən zor tətbiq etməkdə günahlandırılır.
Kiara bunu öz instaqram səhifəsində açıqlayıb. O, ötən ilin iyununda ayrıldığı avstraliyalı tennisçiyə qarşı sərt ittihamlar irəli sürüb: “Ev zorakılığı və emosional sataşmaq heç vaxt normal sayılmayacaq. Nə qədər istedadlı olsan da, belə insansansa, pərəstişkarlara layiq deyilsən”.
Qeyd edək ki, bir müddət əvvəl tennisçi Aleksandr Zverev sabiq sevgilisi Olqa Şaripova tərəfindən oxşar ittihamlara tuş gəlmişdi.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub