Azərbaycan şahmatçısı Teymur Rəcəbov 2022-ci ildə keçiriləcək İddiaçılar Turnirində iştirak edəcək.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı FİDE verib.
Qurum turnirə seçim prinsiplərini açıqlayıb. Buna əsasən 2019-cu ildə keçirilən dünya kubokunun qalibi İddiaçılar turnirində oynamaq hüququ verilib. Düzdür, Teymur kubokdakı qələbəsinə görə ötən il keçirilən turnirdə oynamalı idi. Lakin koronavirus pandemiyasını əsas gətirən qrossmeyster yarışa qatılmaqdan imtina etdi. Uzun müzakirələrə səbəb olan bu addım FİDE-nin ona güzəştə gedərək növbəti turnirə vəsiqə verməsi ilə nəticələnib.
Teymur İddiaçılar turnirində yeganə təmsilçimiz olmaya da bilər. Bunun üçün zəka sahiblərimiz seçim xarakterli turnirlərdə uğur qazanmalıdır.
2021-ci ildə keçiriləcək dünya kuboku, 2021-ci il İsveçrə turniri və gələn il keçiriləcək FİDE Qran-Pri seriyasının hərəsindən 2 şahmatçı bu vəsiqələrə sahib olacaq. Dünya çempionu norveçli Maqnus Karlsen və şahmat tacına iddiaçı rusiyalı Yan Nepomnyaşi arasında görüşdə məğlub olan qrossmeyster də növbəti il turnirdə oynayacaq.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO