Tokioda keçiriləcək Yay Olimpiya Oyunları koronavirus üzündən tamaşaçılarsız keçirilə bilər.
Apasport.az saytının məlumatına görə, yarışın yalnız televiziya ilə nümayiş olunması variantı müzakirə edilir.
Belə qərar çoxmilyonlu yayım müqavilələrini qane edəcək. Həmçinin bu variant yarışın ləğv edilməsi və ya başqa yerə keçirilməsinə alternativ addım ola bilər.
Olimpiadanın ev sahibi Yaponiyanı da qane edən qərar olacaq. Oyunlara hazırlığa 12 milyard dollar xərcləyən asiyalılar yarışın ləğv edilmə və ya başqa yerə keçirilməsindən ehtiyatlanırlar.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da təşkilatçıların mövqeyini dəstəkləyib. O bildirib ki, rəhbərlik etdiyi təşkilat da yaponiyalılar kimi Olimpiadanın iyulun 24-dən avqustun 9-dək keçirilməsinin tərəfdarıdır.
Qeyd edək ki, 50-dən artıq ölkədə aşkarlanan koronavirusa yoluxanların sayı təxminən 90 min nəfərdir ki, onların 3 mini ölüb.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"