
AFFA İntizam Komitəsi 5 komandaya texniki məğlubiyyət verib.
Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, U-14 Qızlar Liqasında “Gəncə İdman Liseyi” və “Şəmkir” eyni cəza ilə üzləşiblər.
“Gəncə İdman Liseyi” "Ümid"lə (Gəncə), Şəmkir klubu isə "Kəpəz"lə görüşdə təyin olunan vaxtda meydana çıxmayıb.
AFFA Yüksək Qızlar Liqasında "Şəmkir", Balakənin "Balxurma" və Ağcabədinin "Olimpiya" kollektivləri də texniki məğlubiyyətlə üzləşiblər.
"Şəmkir" "Neftçi" ilə qarşılaşmada, "Balıxurma" isə "Baku Juniors"la matçda təyin olunan vaxtda meydanda olmayıb və oyunlar gerçəkləşməyib.
"Olimpiya" komandasının heyətində isə "Araz-Naxçıvan"la dueldə yetərsay olmayıb.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”