AFFA Hakimlər Komitəsi 2022/23 mövsümündə Azərbaycan Premyer Liqası və Birinci Divizion oyunlarını idarə edəcək hakimlərin siyahısını təsdiqləyib.
Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, hakimlər və hakim köməkçiləri kateqoriyalara bölünərkən performans, fiziki hazırlıq, təcrübə, potensial, oyun qaydaları bilikləri, oyunlar zamanı fəal iştirak, ümumi davranışlar, dil bilikləri və bu kimi digər meyarlar nəzərə alınıb.
Elit və Birinci Kateqoriya olaraq müəyyənləşdirilən yenilənmiş siyahı iyulun 1-dən qüvvəyə minəcək. Növbəti mövsüm 12 referi Premyer Liqa görüşlərini idarə edəcək. İki hakim - Nicat İsmayıllı və Tural Qurbanov I kateqoriyadan elit kateqoriyaya yüksəlib.

- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ