Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk yenidən ölkəmizə qayıda bilər.
Apasport.az saytının məlumatına görə, hazırda Plotsk "Visla"sında çıxış edən 24 yaşlı müdafiəçi "Səbail"in maraq dairəsinə düşüb.
Premyer Liqanı son pillədə tamamlayan bakılılar baş məşqçi postuna Mahmud Qurbanovu gətirib və iddialı heyət qurmaq niyyətindədir. Rəhbərlik transferlərə yeni çalışdırıcının tələb etdiyi məbləği ayırmağa söz verib. Qurbanovun müdafiə xəttində görmək istədiyi oyunçulardan biri də Krivotsyukdur.
"Neftçi"nin yetirməsinin isə Polşada işləri yolunda getmir. "Visla" maliyyə problemi səbəbindən həm onun, həm də digər oyunçuların məvacibini ödəməkdə çətinlik çəkir. Bu mənada plotsklular borc qarşılığında transfer vərəqəsini Antonun özünə verməyə isti yanaşır. "Səbail" də bu fürsəti dəyərləndirib, milliləşdirilmiş oyunçunu heyətinə cəlb etməyə çalışır.
Qeyd edək ki, "Visla"ya ötən ilin yayında "Neftçi"dən keçən Anton Krivotsyukun müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
- II Liqa: III turun oyun cədvəli açıqlanıb
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"