“Arsenal” hücumçusunu PSJ-yə təklif etdi
29.05.2022 - 00:03
“Arsenal” hücumçusunu PSJ-yə təklif etdi

“Arsenal”ın hücumçusu Nikolya Pepe Fransaya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, London klubu 27 yaşlı forvardı ilə vidalaşmaqda maraqlıdır.

“Topçular” Fil Dişi Sahili millisinin üzvünü PSJ-yə təklif edib. Paris klubuna idman direktoru təyin olunacaq Luis Kamposun da fikrincə, Pepe komandadan ayrılan Anxel Di Mariyanı əvəzləyə bilər.

Qeyd edək ki, Nikolya Pepe Fransada “Anje” və “Lill” kimi klublarda çıxış edib.

0