Avropa Liqası: “Fənərbaxça”nın pley-offdakı rəqibi bəlli olur - YENİLƏNİR
30.01.2026 - 13:15
Avropa Liqası: “Fənərbaxça”nın pley-offdakı rəqibi bəlli olur - YENİLƏNİR

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Apasport.az xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Türkiyənin “Fənərbaxça” klubu bu mərhələdə İngiltərənin “Nottingem Forest” və ya Çexiyanın “Viktoriya Plzen” klublarından birinə rəqib olacaq.

Pley-off cütləri:

“Seltik” (Şotlandiya) / “Ludoqorets” (Bolqarıstan) - “Ştutqart” (Almaniya) / “Ferenavaroş” (Macarıstan)

“Fənərbaxça” (Türkiyə) / “Panatinaikos” (Yunanıstan) - “Nottingem Forest” (İngiltərə) / “Viktoriya Plzen” (Çexiya)

“Dinamo Zaqreb” (Xorvatiya) / “Brann” (Norveç) - “Genk” (Belçika) / “Bolonya” (İtaliya)

PAOK (Yunanıstan) / “Lill” (Fransa) - “Srvena Zvezda” (Serbiya) / “Selta Viqo” (İspaniya)