
Polşada keçirilən Krakov-2023 III Avropa Oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, iyunun 24-də 37 medal dəsti sahibini tapacaq.
Tamaşaçılar 12 növdə mübarizəyə şahid olacaq. Onlardan ikisində - kanoe-sprint və basketbolun 3X3 növündə yarışlara yekun vurulacaq.
Atıcılıq, qayayadırmanma, kamandan oxatma, atletika, taekvondo, suyatullanma və sinxron üzgüçülükdə növbəti medalçılar müəyyənləşəcək. Boks, padel və stolüstü tennisdə mübarizə davam edəcək.
Azərbaycan idmançıları bu növlərdən boks, taekvondo və atıcılıqda qüvvəsini sınayacaq.
Taekvondo
13:36. Kişilər, 68 kq
Cavad Ağayev
Boks
20:15. Qadınlar, 54 kq, 1/16 final
Zeynəb Rəhimova – Lenuta Periyoç (Rumıniya)
20:45. Kişilər, 80 kq, 1/16 final
Murad Allahverdiyev – Kevin Şumann (Almaniya)
22:15. Kişilər, 92 kq, 1/16 final
Alfonso Dominqes (92 kq) – Yan Zak (İsrail)
Atıcılıq
11:00. Kişilər, skit
11:00. Qadınlar, skit, təsnifat mərhələsi
Regina Meftəhəddinova, Nurlana Cəfərova
13:00. Qadın komandalar, tapança, 10 m
Nərimə Səmədova, Nigar Nəsirova, Nəzrin Abbaslı
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub