Azərbaycan kubokunda cari mövsümün püşkü atılıb - YENİLƏNİB
30.09.2024 - 15:35
Azərbaycan kubokunda cari mövsümün püşkü atılıb - YENİLƏNİB

Bu gün Azərbaycan kubokunun 2024/25-ci illər mövsümünün püşkatma mərasimi keçirilir.

Apasport.az xəbər verir ki, birinci təsnifat mərhələsində yalnız II liqa klubları mübarizə aparacaq.

1/8 final mərhələsi də daxil olmaqla oyunlar bir görüşdən ibarət olacaq. 1/4 finalda isə qarşılaşmalar ev-səfər prinsipi ilə oynanılacaq. 

Birinci və ikinci təsnifat mərhələlərinin cütləri belədir: 

I təsnifat

"Şahdağ" - "Kür Araz"

"Şəki" - "Şəmkir"

"Dinamo" - "Füzuli"

II təsnifat

"Mingəçevir" - "Zaqatala"
"Qaradağ Lökbatan" - "Karvan"
"Qəbələ" - "Baku Sportinq"
("Şahdağ" - "Kür Araz") qalibi - "Araz-Naxçıvan)
("Şəki" - "Şəmkir") qalibi - "Şamaxı"
("Dinamo" - "Füzuli") - "Səbail"

Qeyd edək ki, Azərbaycan kubokunun 2024/25 mövsümündə Azərbaycan Premyer Liqası, 1-ci liqa və 2-ci liqanın bütün klubları iştirak edəcək.

0