![Azərbaycan – Slovakiya: Tarixin yazısı - STATİSTİKA](https://apasport.az/storage/news/2022/june/10/big/62a3091821ece62a3091821ecf165485186462a3091821ecc62a3091821ecd.jpg)
Bu gün Azərbaycan millisi Slovakiya ilə qarşılaşacaq.
Apasport.az saytının məlumatına görə, Millətlər Liqasındakı qarşılaşma iki rəqib arasında 9-cu matç olacaq.
İndiyədək 8 dəfə görüşən komandaların duellərində Slovakiya böyük üstünlüyə malikdir. 8 qarşılaşmadan yeddisində uduzan yığmamız bir dəfə qalib gəlib. Həmin oyun slovakiyalıların qol vurmadığı yeganə matçdır.
Üstəlik, son 4 dueldə rəqibin üstünlüyü daha qabarıq olub. Bu matçların hamısında qələbəyə sevinən slovakiyalılar ən azı 2 top fərqinə nail olub.
Əvvəlki matçlara əsasən bu dəfə də Slovakiyanın qalib gələcəyini, hətta ən azı 2 qol vuracağını proqnozlaşdırmaq olar. Qonaqların 3 xal qazanacağı və qol sayının 2-dən çox olacağının əmsalı 2,70-dir.
29 mart 1995. Koşitse. AÇ. Slovakiya – Azərbaycan 4:1
16 avqust 1995. Trabzon. AÇ. Azərbaycan – Slovakiya 0:1
5 sentyabr 1998. Koşitse. AÇ. Slovakiya – Azərbaycan 3:0
9 oktyabr 1999. Bakı. AÇ. Azərbaycan – Slovakiya 0:1
28 mart 2001. Trnava. DÇ. Slovakiya – Azərbaycan 3:1
6 iyun 2001. Bakı. DÇ. Azərbaycan – Slovakiya 2:0
11 iyun 2019. AÇ. Bakı. Azərbaycan - Slovakiya 1:5
19 noyabr 2019. AÇ. Trnava. Slovakiya - Azərbaycan 2:0
Tarixin proqnozu: 2 və 1,5 Üst
- "Neftçi" Kilan Lebonla yolları ayırıb - Rəsmi
- Juninyo: "Braziliyada olduğum üçün çox xoşbəxtəm" - VİDEO
- “Qarabağ”dan Juninyo açıqlaması - RƏSMİ
- “Eqnatiya”nın idman direktoru: “Qarabağ”la bunu müzakirə etməliyik" - Açıqlama
- Məhəmməd Mirzəbəyov: "Hər kəs “Neftçi”nin “Qarabağ”la rəqabət aparacağını gözləyir"