Millətlər Liqasına Qazaxıstan səfərində məğlubiyyətlə (0:2) başlayan Azərbaycan yığması bu gün C liqasının III qrupunda ikinci oyununa çıxacaq.
Apasport.az saytının məlumatına görə, türkiyəli futbol eksperti Emre Can Demirci millimizin Belarusla Serbiyada keçirəcəyi matçla bağlı düşüncələrini açıqlayıb.
Hər iki komandanın zəif təsir bağışladığını diqqətə çatdıran mütəxəssisin fikrincə, azarkeşlər qarşılaşmada bol qol izləyə bilməyəcəklər:
UEFA-nın sanksiyası səbəbindən Belarus I turda Slovakiyanı Novi-Sadda qəbul etdi və 0:1 hesabı ilə məğlub olduğu görüşdə müdafiədən çox çıxa bilmədi, rəqib qapısı qarşısında təhlükəli epizodlar yaratmaqda çətinlik çəkdi. Onlar bu dəfə də ev sahibi olmaq üstünlüyündən məhrum qalacaqlar.
Azərbaycan millisi isə Canni de Byazinin rəhbərliyi altında hər kəsi məyus etməkdədir. Əslində onun Albaniya dönəmində olduğu kimi, mübarizə gücü yüksək, qol vurmasa da, sərt müdafiə olunmaqla ayaqda qalan kollektiv formalaşdırması gözlənilirdi. Amma Azərbaycan millisi hələ də istənilən səviyyədən çox uzaqdır.
Həm Belarus, həm də Azərbaycan hücumda cılız qalır və aşağı tempdə çıxış edir. Bu üzdən 90 dəqiqə ərzində 1-dən çox qol gözləmirəm.
Proqnozum: 0-1 qol