“Bayer”in kapitanı: "Daha çox qol vura bilərdik"
27.10.2023 - 12:11
"Daha çox qol vura bilərdik".
Apasport.az xəbər verir ki, bunu "Bayer"in kapitanı Andrix Robert deyib.
O, Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ”la oyunundakı 5:1 hesablı qələbəni şərh edib: "Oyun əyləncəli idi. Sadə və rahat şəkildə oynayanda qol şansları yaranırdı. 5:1 hesabı yaxşı səslənir. Üç xalı ala bildik. Lakin fürsətləri dəyərləndirsəydik, daha bir-iki qol vura bilərdik".
Qeyd edək ki, “Bayer” 9 xalla H qrupunun lideridir. İkinci olan “Qarabağ” üç xal geri qalır.
- Rauf Əliyev “Sabah”a inanır: “Eyni ssenari təkrarlana bilər”
- “Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq
- “Sumqayıt”ın futbolçusu gileylidir: Müqaviləm olduğu halda komandada görülmürəm
- Dambrauskas inamlıdır: "Biz hazırıq"
- Rəhim Həsənov: "Turan"ın sayılmayan qolunda aşkar görüntü yox idi"
0
0