Mertcan Bulca (Cənubi Amerika futbolu üzrə mütəxəssis):
“Maldonado” – “Atletiko Feniks”: Uruqvay çempionatında mövsümün sonuna 3 tur qalmış liderliyini davam etdirən “Maldonado”nun ciddi müqavimətlə üzləşəcəyini düşünmürəm. Səfər matçlarında cəmi 2 xal toplayan “Atletiko Feniks”in güclü rəqibi önündə şansı minimumdur.
Proqnozum: 1
“Kokimbo Unido” – “Union Espanyola”: “Kokimbo Unido” Çili çempionatının son iki turunda məğlub olubsa, “Union Espanyola” 6 matçdır yenilgi görmür. Hər iki komandanın hücum xətti kifayət qədər “dişlidir”. Bu üzdən bol qol gözləməyə dəyər.
Proqnozum: ÜST
“Kumbaya” – “Nueve”: Tarixində ilk dəfə Ekvadorun elitasında çıxış edən “Kumbaya” ardıcıl 7 qalibiyyətsiz oyunun ardından baş məşqçisini dəyişdi. Ancaq bu da uğursuz seriyaya son qoymadı. “Nueve”nin də 11 oyundur qalibiyyəti yoxdur. Hər iki tərəfə 3 xal hava-su kimi lazım olduğundan, komandalar risk edəcəklər.
Proqnozum: Q/Q
“Sezar Valyexo” – “Kantolao”: “Sezar Valyexo” Peru çempionatında 18 xalın 14-nü evdə qazanıb. Turnir cədvəlinin son pilləsində qərarlaşan “Kantolao” isə keçirdiyi 13 görüşün hamısında qapısında qol görüb. Üstəlik, komanda 8 oyundur qələbə qazanmır. Ev sahiblərinin birinci hissədən etibarən üstünlüyə yiyələnəcəyini düşünürəm.
Proqnozum: H/T 1
- II Liqa: III turun oyun cədvəli açıqlanıb
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"