Sürətlə yayılan koronavirus “Formula-1”in ilk üç mərhələsinin keçirilməsinə təsir etməyəcək.
Apasport.az saytının məlumatına görə, bu barədə yarışın sahibi olan “Liberty Media” bəyanat yayıb.
Bildirilir ki, Avstraliya, Bəhreyn və Vyetnamdakı yürüşlər planlaşdırıldığı kimi baş tutacaq. Həmin mərhələlərin təxirə salınması və ya yerinin dəyişdirilməsi nəzərdə tutulmayıb.
Bəhreynə İtaliyadan gələcək iştirakçı və qonaqlara müəyyən məhdudiyyətlər qoyulacaq. Gələnlər xüsusi komanda tərəfindən qarşılaşıb, 3 saatlıq tibbi müayinə üçün ayrılmış məkana aparılacaq. Bir sözlə, ləğv edilən Çin Qran-Prisi istisna olmaqla, bürün yarışlar baş tutacaq.
Qeyd edək ki, martın 13-15-də Avstraliya, 20-22-də Bəhreyn, aprelin 3-5-də Vyetnam Qran-Priləri təşkil olunacaq.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib