
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində Finlandiyanın qonağı olacaq.
Apasport.az saytının məlumatına görə, türkiyəli futbol eksperti Fuat Türk Helsinkidə baş tutacaq qarşılaşma ilə bağlı düşüncələrini bölüşüb.
Tanınmış mütəxəssisin fikrincə, qrupda 9-cu matçına çıxacaq yığmamızın rəqibi önündə şansı heç də çox deyil:
Xorvatiya və avstriyalı həmyaşıdlarını səfərdə eyni hesabla – 3:2 məğlub edən Finlandiya bir anda qrupun iddialı komandalarından birinə çevrildi. Azərbaycanın isə heç bir hədəfi yoxdur. Bu komanda yalnız Estoniya qarşısında iki qalibiyyətlə yadda qalıb.
Azərbaycanlılar ötən ilin oktyabrında Sumqayıtda məhz Finlandiya ilə heç-heçə edərək (1:1) rəqibini büdrətməyi bacarıb. Əks təqdirdə indi finlandlar liderdən cəmi 1 xal geri qalacaqdılar.
Yuha Malinenin yetirmələri nəyin bahasına olursa-olsun bu gün meydandan qələbə ilə ayrılmalıdır. Fikrimcə, ev sahibləri matça sürətli və yüksək təzyiqdə başlayacaq və birinci hissədəcə önə keçəcək.
Proqnozum: H/T-1
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL