I Liqa: MOİK ilk qələbəsini qazandı, "Zaqatala"dan inamlı qalibiyyət
18.10.2024 - 15:52
I Liqa: MOİK ilk qələbəsini qazandı, "Zaqatala"dan inamlı qalibiyyət

Futbol üzrə Azərbaycan çempionatının I Liqasında 5-ci turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

MOİK "Cəbrayıl"ın qonağı olub. Ordu klubu minimalhesablı qalibiyyətə sevinib. Bu, komandanın mövsümdə ilk qələbəsi olub.

"Zaqatala" "Baku Sportinq"i qəbul edib. "Yaşıllar" rəqibini 2:0 hesabıyla üstələməyi bacarıb.

Sabah isə "Qəbələ" "Difai"ni sınağa çəkəcək.

13:30 “Cəbrayıl” - MOİK 0:1
14:00 “Zaqatala” – “Baku Sportinq” 2:0

Qeyd edək ki, turun mərkəzi qarşılaşmasında "Karvan" "İmişli"ni məğlub edib - 3:2. "Qaradağ-Lökbatan" - "Mingəçevir" matçında isə hesab açılmayıb.

0