I Liqa: VI tura start verilir
24.10.2024 - 11:25
I Liqa: VI tura start verilir

Futbol üzrə Azərbaycan I Liqasında VI tura start verilir.

Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. "Cəbrayıl" öz meydanında "Mingəçevir"i qəbul edəcək. Lider "Karvan" isə səfərdə MOİK-in qonağı olacaq.

Turun digər görüşləri 25-26 oktyabr tarixlərində keçiriləcək.

13:30. “Cəbrayıl” – “Mingəçevir”
“ASCO Arena”

14:00. MOİK – “Karvan”
Lökbatan OİK stadionu

0