Rahid Əmirquliyev: "Ayaks"ın adı hər kəsə məlumdur"
24.10.2024 - 12:12
Rahid Əmirquliyev: "Ayaks"ın adı hər kəsə məlumdur"

"Ayaks"ın adı hər kəsə məlumdur. Güclü və keyfiyyətli heyəti olan köklü klubdur".

Bu sözləri apasport.az saytına açıqlamasında Rahid Əmirquliyev deyib.

Millimizin sabiq üzvü "Qarabağ"ın "Ayaks"la matçını dəyərləndirib: "Bugünkü matç çox ağır keçəcək. Niderland təmsilçisi kifayət qədər tanınmış, titullu, Avropanın aparıcı klublarından biridir. "Qarabağ"ın bir üstünlüyü var ki, rəqibini evdə qəbul edəcək. Turnir cədvəlinə baxdıqda oyunun nə dərəcə əhəmiyyətli olduğunu görürük. Təmsilçimiz qələbə qazanarsa, bu, çox yaxşı olacaq. Lakin "Ayaks" da asan rəqib deyil. Keyfiyyətli hücum xətti olan güclü kollektivdir. Buna baxmayaraq "Qarabağ"a inanırıq. Hər birimiz ən yaxşısını arzu edirik. Ümid edirəm ki, komandamız gözəl nəticə ilə bizi sevindirəcək".

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" görüşü bu gün saat 20:45-də start götürəcək.

0