Kamran Quliyev: "Baş məşqçinin maaşı aşağıdır"
22.06.2022 - 14:21
Kamran Quliyev: "Baş məşqçinin maaşı aşağıdır"

“Regekampf işlədiyi klublarda uğur qazanıb, avrokuboklarda qrupla yanaşı, 1/16 və 1/8 finalllarda da uğurlu nəticə göstərib”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev deyib.

O, yeni baş məşqçi Laurentsiu Regekampfın təqdimat mərasimində bu fikirləri səsləndirib: “Regekampfla “Neftçi”ni uğura daşıması ilə bağlı uzunmüddətli görüşlərimiz oldu. Çox iddialıdır”. 

Quliyev əlavə edib ki, yeni çalışdırıcının məvacibi Rumıniya mətbuatında yazıldığı kimi, illik 480 min avro olmayacaq: "Rumıniya mətbuatında yazılanlar həqiqətəuyğun deyil. Maaşı aşağıdır. Regekampf yaxşı komanda quran məşqçidir. Ambissiyalı heyətimiz olacaq".

0