Kapitan “Qəbələ”də
20.05.2022 - 12:29
Kapitan “Qəbələ”də

“Qəbələ”nin gələn mövsüm üçün heyətinə qatacağı ilk futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” müdafiə xəttinə yerli futbolçu cəlb edir.

“Şamaxı”dan ayrılacağı dəqiqləşən kapitan İlkin Qırtımov böyük ehtimalla karyerasını məhz “Qəbələ”də davam etdirəcək. Əldə etdiyimiz məlumata görə, tərəflər arasında danışıq olub və hətta ilkin razılıq da əldə edilib.

Qırtımovun xidmətində maraqlı olduqlarını bölgə təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev də təsdiqləyib. O, 32 yaşlı sağ cinah müdafiəçisi ilə tezliklə danışıq aparılacağını bildirib.

Qeyd edək ki, İlkin Qırtımov 2019-cu ildən “Şamaxı”nın formasını geyinir.
 

0