Klopp təsdiqlədi: “O hara getsə, uğur qazanacaq”
20.05.2022 - 22:36
Divok Oriqinin yay transfer pəncərəsində “Liverpul”dan gedəcəyi dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, bunu mersisaydlıların baş məşqçisi Yurgen Klopp açıqlayıb.
Almaniyalı mütəxəssis belçikalı hücumçu ilə vidalaşmadan danışıb: “Divokla xüsusi şəkildə vida təşkil olunacağını gözləyirəm. O, mənim üçün həmişə “Liverpul”un əfsanəsi olacaq. Onunla çalışmaq xoş idi. Oriqi karyeram ərzində çalışdığım ən vacib oyunçulardan biridir. Hara getsə, orada uğur qazanacaq”.
Qeyd edək ki, Divok 2014-cü ildən “Liverpul”da çıxış edir. O, “Milan”a keçidini italiyalılarla razılaşdırıb.
- II Liqa: III turun oyun cədvəli açıqlanıb
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
0
0