Krunoslav Renduliç: “Səmimi desək, "Zirə" heç bir fürsət yaratmadı”
20.10.2024 - 20:03
Krunoslav Renduliç: “Səmimi desək, "Zirə" heç bir fürsət yaratmadı”

Misli Premyer Liqasının X turunun "Zirə" - "Sabah" matçından (1:1) sonra qonaqların baş məşqçisi Krunoslav Renduliçin mətbuat konfransı keçirilib.

"Oyun haqda nə danışa bilərəm? Yaxşı başladıq, qol vurduq. Hər şey bizim nəzarətimiz altındaydı. İkinci hissədə oyuna nəzarət edən tərəf biz idik. Qol fürsətimiz də oldu. İki-üç qol fürsətimiz oldu, amma daha yaxşı zərbələr endirsəydik, yarı fürsətlərdən də istifadə edə bilərdik. Əfsuslar olsun ki, qoldan 2 dəqiqə öncə 3-4 ardıcıl səhvlər etdik və qol buraxdıq. Futboldur, fürsətləri istifadə etmirsizsə, qol görürsüz".

- Rəqib baş məşqçi isə 65-70 dəqiqə üstün olduqlarını bildirdi. Niyə "Sabah" daha çox əks-hücumlara üstünlük verdi? 
- Topla və topsuz oyuna nəzarət edə bilərsən. Əgər səmimi şəkildə desək, "Zirə" heç bir fürsət yaratmadı. Amma bizim isə bir 100 faizli, 2-3 yarı qol fürsətlərimiz oldu ki, onlardan yararlanmalıydıq.

0