Luis Enrike DÇ-2022-nin favoritlərini açıqladı
03.06.2022 - 09:16
Luis Enrike DÇ-2022-nin favoritlərini açıqladı

İspaniya millisinin baş məşqçisi Luis Enrike DÇ-2022-nin favoritlərini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Cənubi Amerika komandaları Argentina ilə Braziliyanı digərlərindən üstün görür.

Onun fikrincə, bu komandalar ulduz futbolçuları ilə uğur qazana bilərlər: “Argentina və Braziliya dünya çempionluğuna əsas iddiaçılardır. Argentinalılar Lionel Messiyə, braziliyalılar isə Neymar, Vinisyus və komanda oyununa bel bağlayırlar. Amma Argentinanın İtaliyaya 3:0 hesabı ilə qalib gəlməsinə dəli olmayaq”.

Qeyd edək ki, dünya çempionatı noyabr-dekabr aylarında Qətərdə keçiriləcək.

0