Maksimdən “Frayburq”la oyuna MƏRC
31.10.2022 - 16:28
Maksimdən “Frayburq”la oyuna MƏRC

Bu həftə avrokuboklaırn qrup mərhələsinə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının VI turunda “Frayburq”la qarşılaşacaq.

Bakıda baş tutacaq görüş Qurban Qurbanovun yetirmələri üçün vacib olduğu qədər proqnozsevərlər üçün də maraqlıdır. Futbol eksperti Maksim Sallivon mərc həvəskarlarına bu matçla bağlı proqnozunu verib:

Komandaları 6 xal ayırır. Qonaqlar üçün görüş turnir cədvəli baxımından əhəmiyyət kəsb etmir.

Bu, çox vacib faktordur. Bu amil Almaniya klubunun motivasiya dərəcəsi sıfır səviyyəsinə salacaq.

Qonaqların heç də qısa olmayan məsafə qət edəcəyini də unutmayaq. Bu da “Frayburq”un gücünü artırmayacaq.

Hesab edirəm ki, “Qarabağ”ın qələbə qazanmaq üçün yaxşı şansları var. Amma optimal variant kimi sığortalanmaq yaxşıdır. Belə mərcin əmsalı 1,53-ə bərabərdir.

Proqnozum: Fora1 (0)
 

3