“Məşuqəni ailəndən çox düşünəndə diqqətini futbola yönəltmək çətindir” - Regekampf haqda
22.06.2022 - 10:46
“Məşuqəni ailəndən çox düşünəndə diqqətini futbola yönəltmək çətindir” - Regekampf haqda

“Nəticə olmayanda məşqçi qovulur. Bu, normaldır. Ancaq məşuqəni ailəndən çox düşünəndə diqqətini futbola yönəltmək çətindir”.

Apasport.az saytının məlumatına görə, bunu tanınmış futbol meneceri Anamariya Prodan “Neftçi”yə baş məşqçi təyin olunan keçmiş həyat yoldaşı Laurentsiu Regekampf haqda danışarkən deyib.

Prodan yenicə boşandığı 47 yaşlı mütəxəssisin Səudiyyə Ərəbistanında çalışarkən oradan biabırçı şəkildə qovulduğunu söyləyib: “Laurentsiu son illər öz işlərini məhv etdi. Əli ilə səmaya toxunduğunu və milyonçu olduğunu düşünürdü. Amma bu, heç də belə deyil. Səudiyyə Ərəbistanından qovulması utancvericidir. Təəssüf ki, hamı məsxərəyə qoydu. Artıq övladlarının, ailəsinin ona hörməti qalmayıb”. 

Qeyd edək ki, “Universitatya Krayova”dan qovulan Laurentsiu Regekampf “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

0