Millimiz Serbiyaya məğlub oldu - YENİLƏNİB
10.09.2024 - 20:51
Millimiz Serbiyaya məğlub oldu - YENİLƏNİB

21 yaşadək (U-21) futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Bakıda Serbiya yığmasını qəbul edib.

"Dalğa Arena"da gerçəkləşəcək matç saat 19:00-da start götürüb.

Qeyd edək ki, U-21 millimiz sentyabrın 6-da səfərdə Lüksemburqa uduzub - 0:2.
 
10 sentyabr
Azərbaycan (U-21) – Serbiya (U-21) 0:2
Qollar:
Vukasin Durdeviç, 26, Yovan Miyatoviç, 40
Qolla nəticələnməyən penalti: Nəriman Axundzadə, 47
Azərbaycan: 1. Yusif İmanov, 5. Mahir Həsənov, 4. Cəlal Hüseynov, 21. İbrahim Ramazanov, 2. Abdulla Rzayev, 3. Rüfət Abbasov,13. Emil Səfərov, 8. Fərid Yusifli (k), 9. Nəriman Axundzadə, 18. Ağadadaş Salyanski, 14. Xəyal Əliyev.
Baş məşqçi: Samir Əliyev.
Serbiya: 12. Lazar Kaliçanin, 16. lazar Konstantinov, 3. Mixaylo İliç (k), 6. Voyin Serafimoviç, 14. Vukaşin Durdeviç, 4. Nikola Miliçiç, 20. Yovan Şlviniç, 17. Stefan Dzodiç, 22. Marko Veliçkoviç, 10. Yovan Miloşoviç, 7. Yovan Miyatoviç.
Baş məşqçi: Lyubinko Druloviç.
Dalğa Arena. Saat 19:00
Baş hakim:
Bastien Dechepy (Fransa)
Baş hakimin köməkçiləri: Alexis Auger, Brice Parinet Le Tellier ( Fransa)
Dördüncü hakim: Florent Batta

0