Min Jaenin "Napoli" ilə bağlı qərarı məlum olub
17.04.2024 - 16:27
Min Jaenin "Napoli" ilə bağlı qərarı məlum olub

İtaliya A Seriyası təmsilçisi olan "Napoli" "Bavariya"nın müdafiəçisi Kim Min Jaeni geri qaytarmaq istəyir. 

Apasport.az xəbər verir ki, Min Jaenin “Napoli”yə qayıdışı ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Müdafiəçinin “Bavariya”da ehtiyat oyunçu olmasına baxmayaraq, klubu dəyişmək fikri yoxdur. Kim heyətdə yer almaq üçün mübarizəni davam etdirmək istəyir. 

Qeyd edək ki, futbolçu cari mövsümdə “Bavariya”da 29 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

0