Prins Ovusu “Qəbələ”nin tarixinə düşüb
31.10.2025 - 11:43
Prins Ovusu “Qəbələ”nin tarixinə düşüb

Bizon Azərbaycan kubokunun II təsnifat mərhələsində keçirilən “Qəbələ” – “Mingəçevir” oyunu Prins Ovusunun het-triki ilə yadda qalıb.

Apasport.az xəbər verir ki, 19 yaşlı qanalı futbolçu klub tarixində bir oyunda üç qol vuran 7-ci oyunçu olub.

Bu barədə “qırmızı-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

“Qəbələ”nin tarixində het-trik müəllifi olan digər futbolçular Vüsal Qarayev, Fərzad Hatəmi, Teo Uiks, Baqali Dabo, Filip Ozobiç və Bilel Auaşeridir.

Qeyd edək ki, “Qəbələ” – “Mingəçevir” qarşılaşması meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.