Mövsümün son cəzaları
03.06.2022 - 13:03
Mövsümün son cəzaları

AFFA İntizam Komitəsi mövsümün son cəzalarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqada XXVIII turun oyunlarında və Azərbaycan kubokunun final qarşılaşmasında qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.

“Şamaxı” ilə görüşdə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan “Zirə”nin hücumçusu Hamidu Keyta 2 oyun şərti olmaqla 4 matçlıq cəzalanıb, klub 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

“Qarabağ” – “Neftçi” oyununda ikincilər 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 800 manat cərimələnib.

Azərbaycan kubokunun “Zirə” ilə final görüşündə “Qarabağ”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cəriməyə məruz qalıb. Təcili tibbi yardım nümayəndəsi qarşılaşmaya təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibləri daha 3200 manat cərimə edilib. Azarkeşləri pirotexnikadan istifadə edən “Qarabağ” buna görə də əlavə 800 manat ödəməli olacaq.

“Zirə” klubunun məşqçisi Eltun Yaqublu isə cəzalı olduğu halda meydançaya daxil olduğu üçün cəzasına 1 oyun əlavə olunub, klub 800 manat cərimələnib. Görüşdə 5 futbolçusu sarı vərəqə alan “Zirə” bu üzdən də 800 manat cərimə olunub.

0