Müller: “Hər oyunçu bizə qoşulsaydı...”
26.05.2022 - 17:58
Müller: “Hər oyunçu bizə qoşulsaydı...”

Sadio Manenin “Liverpul”dan “Bavariya”ya keçəcəyi ilə bağlı yayılan xəbərlərə Almaniya klubunun futbolçusu Tomas Müller də biganə qalmayıb.

Apasport.az saytının məlumatına görə, almaniyalı ulduz seneqallının transferini şayiə adlandırıb.

Müller belə söz-söhbətlərin adi hal olduğunu bildirib: “Əgər haqqında şayiə gəzən hər oyunçu bizə qoşulsaydı, hər mövsümdə bizim heyətdə 45 futbolçu olardı. İyunun əvvəli Zebenerdəki bazaya gələcəm. Onda görək başqa kimlər var”.

Qeyd edək ki, Sadionun Münhen klubuna mövsümün sonunda keçəcəyi iddia olunur.

0