"Neftçi" ilk transferini açıqladı
23.06.2022 - 14:39
"Neftçi" ilk transferini açıqladı

“Neftçi” yay fasiləsində ilk transferini həyata keçirib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bakı klubu israilli yarımmüdafiəçi Ataa Caberi heyətinə qatıb.

Premyer Liqanın gümüş medalçısı “Aşdod”la müqaviləsi bitən 28 yaşlı orta sahə oyunçusu ilə 2 illik sözləşmə imzalandığını açıqlayıb. İsrailin gənclər millisinin sabiq üzvü yeni komandasında 23 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Neftçi” baş məşqçi postuna iki gün əvvəl rumıniyalı Laurentsiu Regekampfı gətirib.

0