Bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib.
Apasport.az-ın Bakı təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, klub prezidenti Kamran Quliyev ümumi işlər haqqında çıxış edib.
Ardınca vitse-prezident Elnur Eyvazov infrastruktur baxımından görülən işlər, növbəti planlar, idman direktoru Zaur Əzizov isə A, B komandaları və Akademiya haqqında hesabat verib. Sonra müzakirələr aparan şura üzvləri bəzi qərarlar verib, o cümlədən əsas komandanın baş məşqçisinin taleyinə aydınlıq gətirib.
Paytaxt klubu Samir Abasovla müddəti başa çatan müqaviləni uizatmamağı məqsədəuyğun sayıb. Yeni çalışdırıcı isə qarşıdakı 6 gündə müəyyənləşəcək.
1. Akademiya binası növbəti mövsümün sonuna qədər tam tikilib istifadəyə verilsin;
2. Samir Abasova xidmətlərinə görə təşəkkür edilsin, onunla və məşqçi heyəti ilə yeni müqavilə imzalanmasın;
3. Rəşad Abdullayev B komandaya baş məşqçi təyin edilsin;
4. Akademiyaya bu ayın sonuna qədər təklif olunan namizədlər arasından bir nəfər əcnəbi mütəxəssis texniki direktor təyin edilsin;
5. A komandaya təklif olunan baş məşqçi namizədlərindən biri ilə danışıqlar yekunlaşsın və 14 iyun tarixinə qədər keçirilməsi planlaşdırılan Müşahidə Şurasının iclasına çıxarılsın;
6. Media və Marketinq Departamentinin hesabatı, büdcənin təsdiqi və digər məsələlərin müzakirəsi növbəti görüşün gündəliyinə salınsın.
- Elçin Məsiyev Millətlər Liqası matçına təyinat alıb
- Millimiz Estoniya ilə görüşə hazırlaşır - FOTO
- "Neftçi"nin məşqçi və futbolçuları üçün seminar təşkil olunub
- Fernandu Santuş: "Heyətlə bağlı verilən bütün qərarlar mənə aiddir"
- Musa Qurbanlı: "Estoniya ilə matçın nə qədər vacib olduğunu dərk edirik"