"Neftçi"də yeni məşqçilər - ADLAR
22.06.2022 - 18:35

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.
Apasport.az saytının məlumatına görə, 42 yaşlı Viorel Dinu köməkçi məşqçi, 34 yaşlı Boqdan-Kornel Merişanu isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.
Hər iki mütəxəssislə 2 illik müqaviləyə imza atılıb.
Qapıçılar üzrə məşqçi isə 53 yaşlı Florin Aleksandru olacaq. Onunla yaxın günlərdə müqavilə bağlanacaq.
Qeyd edək ki, hər üç rumıniyalı mütəxəssis bundan əvvəl də baş məşqçi Laurentsiu Regekampf ilə birlikdə çalışıb.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL
0
0