“Neftçi”də yeni müqavilə
12.07.2023 - 17:13
“Neftçi”də yeni müqavilə

“Maximus” MMC “Neftçi” Peşəkar Futbol Klubunun yeni sponsoru olub.

Apasport.az saytının məlumatına görə, bunu Bakı təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Şirkət paytaxt təmsilçisinin su təminatçısı olub. Bu mövsümdən şirkətin təbii mineral süfrə sularının zəngin mənbəyi olan Böyük Qafqaz Sıra dağlarının ətəyində yerləşən, ecazkar təbiətə malik Qax rayonunda yerləşən istehsal sahəsində qablaşdırılan “Aqua Life” markalı mineral suları ilə komandalarının su təminatı qarşılanacaq. 

Qeyd edək ki, müqavilənin detalları haqqında və digər məsələlər yaxın günlərdə keçiriləcək müqavilənin imzalanma mərasimində açıqlanacaq.


 

0