“Neftçi”dən ayrılan futbolçu Kipr klubuna keçir
13.06.2022 - 16:00
“Neftçi”dən ayrılan futbolçu Kipr klubuna keçir

Yay fasiləsində “Neftçi”dən ayrılan müdafiəçi Huqo Bastonun yeni komandası müəyyənləşmək üzrədir.

Apasport.az sayının Kipr mətbuatına istinadən məlumatına görə, portuqaliyalı futbolçu bu ölkədə çıxış etməyə yaxındır.

Limassol klubu AEL 29 yaşlı oyunçunu heyətinə cəlb etməkdə maraqlıdır. Bildirilib ki, “Neftçi” ilə müqaviləyə yenicə xitam verən Basto azad agent statusu daşıdığından, onun AEL-ə keçidi havayı başa gələcək.

Qeyd edək ki, “Neftçi”yə ötən ilin yayında “Eştoril”dən keçən Huqo Basto geridə qalan mövsüm Premyer Liqada 8 oyunda iştirak edib.
 

0