“Neftçi”dən Brkiçlə bağlı qərar
25.05.2023 - 17:19
“Neftçi”dən Brkiçlə bağlı qərar

“Neftçi” qapıçısı İvan Brkiçlə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Bakı klubu 28 yaşlı xorvatiyalı ilə müqaviləni uzatmağı planlaşdırır.

“Ağ-qaralar” balkanlı qolkiperlə danışıqlara da başlayıb. İvanın özü də paytaxt təmsilçisində çıxışını davam etdirməyin tərəfdarıdır. Maliyyə məsələsini müzakirə edən tərəflər razılığa gəlsə, Brkiçlə yeni anlaşma imzalanacaq.

Qeyd edək ki, qolkiper cari mövsüm Premyer Liqada keçirdiyi 25 matçda 26 qol buraxıb.

0