
“Neftçi”nin qolkiperi Rza Cəfərov hazırda bir çox klubların transfer siyahısında yer alıb.
Apasport.az saytına verilən məlumata görə, hətta “Qarabağ”ın da transfer etmək istədiyi millimizin gənc qapıçısının “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Lakin Cəfərov aylıq maaşının daha yaxşı olması arzusundadır. Belə ki, o, klubun onunla müqavilənin maaliyyə şərtlərinin yenilənməsini istəyib.
Məsələ burasındadır ki, Rzanın “Neftçi” ilə müqaviləsi əvvəlki şərtlərlə razılaşdırılmışdı. Amma hazırda “Neftçi”nin əsas qapıçısı olan qolkiper yeni maliyyə şərtləri ilə müqavilənin yenilənməsini klubdan istəyib.
- Toral Bayramov "Qarabağ"ı tərk edir? - AVROPA KLUBLARININ HƏDƏFİNDƏ
- "Karvan" ev oyunlarını harada keçirəcək? - Süni ot örtüyü...
- “Neftçi” rəsmisi: “Samir Abasov gələndən çox şey dəyişib”
- FIFA referisi “Araz-Naxçıvan”ın oyununa təyinat alıb
- Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb