"Neftçi"nin legioneri sıradan çıxdı
21.05.2022 - 19:59
"Neftçi"nin legioneri sıradan çıxdı

"Neftçi" ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Sezar Meza Kolli zədələnib.

Premyer Liqanın "Qarabağ"la son tur matçının ilk hissəsində iki dəfə həkim müdaxiləsinə ehtiyac duyan paraqvaylı pleymeyker mübarizəni davam etdirə bilməyib. Nəticədə 27-ci dəqiqədə Ramon Maçado ilə əvəzlənib.

Qeyd edək ki, hazırda birinci hissəsi gedən görüşdə "Neftçi" 0:3 hesabı ilə geridədir.

1