Patrik Andradenin menecerinin Bakıya gələcəyi tarixi açıqladı – baş məşqçi
19.05.2022 - 13:48
Patrik Andradenin menecerinin Bakıya gələcəyi tarixi açıqladı – baş məşqçi

“Qarabağ”ın futbolçusu Patrik Andradenin menecerinin Bakıya gələcəyi tarix məlum olub.

Apasport.az saytının məlumaıtna görə, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, kabo-verdeli yarımmüdafiəçinin müqaviləsinin uzadılması ilə bağlı danışıqlar üçün ölkəmizə gələcəyi gözlənilən menecer mayın 23-də Bakıda olacaq. Patrik qışda Polşadan təklif alıb. 

Yarımmüdafiəçinin xidmətində “Legiya” maraqlı olub. Varşava klubunun rəsmiləri həmin vaxt komandanın heyətində olan sabiq “Qarabağ”lı Mahir Emrelidən də Andrade barədə məlumat alıb.

Digər klubların təklifləri “Qarabağ”ın futbolçu ilə müqaviləni uzada bilməməsinə təsir edib. Bu üzdən ağdamlılar Patriklə yeni müqavilə barədə danışıqları müsbət yekunlaşdıra bilməyib. Qışda razılaşa bilməyən tərəflər yenidən danışıqları bərpa edib.
 

0