“Qarabağ" 150-ci böyükhesablı qələbəsini qazanıb
28.10.2024 - 10:38

“Qarabağ” klubu Azərbaycan çempionatında 150-ci böyükhesablı qələbəsini qazanıb.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley Misli Premyer Liqasının XI turuna təsadüf edib.
Ağdam klubu öz meydanında “Şamaxı”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan Ağdam təmsilçisi ən çox böyükhesablı qələbə qazanan komandadır.
Qeyd edək ki, komanda ilk belə qələbəsini 1992-ci ildə qazanıb. “Qarabağ” mayın 6-da evdə Kürdəmir “Şirvan”ına 6:0 hesabı ilə qalib gəlib.
- Şamaxıda keçiriləcək "Milli Mətbuat – 150" minifutbol turnirinin təqdimatı baş tutub - FOTO
- AFFA nümayəndəsi Almaniyada tədbirə qatılıb
- "Neftçi"nin yeni üçüncü forması - FOTO
- "Neftçi" Qarabağ zəfərinə həsr edilmiş səfər formasını təqdim edib - FOTO
- Hakimlər üçün VAR təkmilləşdirmə kursları keçirilir
0
0