“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı
19.05.2022 - 10:37
“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı

Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün son təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, son turun hakimləri bəlli olub.

XXVIII turun görüşləri mayın 21-də keçiriləcək. “Qarabağ”la “Neftçi” arasında mərkəzi oyunu Fərid Hacıyev idarə edəcək.

Azərbaycan Premyer Liqası
XXVIII tur
21 may (şənbə)
17:00. “Zirə” – “Şamaxı”
Hakimlər:
Rauf Allahverdiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Zirə İdman Kompleksinin stadionu

17:00. “Qəbələ” – “Sabah”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu

19:00. “Sumqayıt” – “Səbail”
Hakimlər:
Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”

19:30. “Qarabağ” – “Neftçi”
Hakimlər:
Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
 

0