“Qarabağ”, “Neftçi” və “Zirə” mükafatlandırıldı - FOTOLENT
21.05.2022 - 22:11
“Qarabağ”, “Neftçi” və “Zirə” mükafatlandırıldı - FOTOLENT

Azərbaycan Premyer Liqasının 2021/22 mövsümünün mükafatlandırma mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, mövsümün ən yaxşılarını AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katibi Sərxan Hacıyev və PFL-in prezidenti Ramin Musayev mükafatlandırıb.

Öncə “Zirə”nin üzvləri bürünc medallarla təltif edilib. Ardınca fəxri kürsüyə çempionatın gümüş mükafatçısı “Neftçi”nin üzvləri dəvət olunub.

Sonra Premyer Liqanın ən yaxşı bombardiri Kadi Borqes mükafatını alıb. “Qarabağ”ın 12 qoluna imza atan braziliyalıya xüsusi mükafatı qurum rəhbərləri təqdim edib.

Ən sonda fəxri kürsüyə “Qarabağ” çıxıb. Komanda üzvlərinə qızıl medallar verilib. Mükafatlardan biri Qarabağda şəhid olan azarkeş Məhəmmədəli İbrahimlinin atasına təqdim olunub.

Ağdam klubunun kapitanı Maksim Medvedev Rövnəq Abdullayevdən çempionluq kubokunu alaraq başı üzərinə qaldırıb.

Tədbir atəşfəşanlıqla yekunlaşıb.

0