Azərbaycan kubokunun 2021/22 mövsümünün mükafatlandırma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, tədbirdə mükafatları AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katibi Sərxan Hacıyev və PFL-in prezidenti Ramin Musayev təqdim edib.
Öncə “Qarabağ” – “Zirə” matçının (1:1, p.4:3) ədalət təmsilçiləri xatirə hədiyyələri alıb. Hakimlər briqadası, hakim-inspektor və AFFA nümayəndəsi fəxri kürsüyə qalxıb.
Ardınca finalda uduzan “Zirə”nin üzvləri mükafatlarını alıblar. Ən sonda kürsüyə “Qarabağ”ın oyunçuları çıxıb. Öncə futbolçu və məşqçi heyətinə qızıl medallar təqdim olunub. Sonda komandanın kapitanı Maksim Medvedev kuboku başı üzərinə qaldırıb.
- II Liqa: III turun oyun cədvəli açıqlanıb
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"