“Qarabağ”dan böyük üstünlük
29.05.2022 - 15:45
“Qarabağ”dan böyük üstünlük

Azərbaycan Premyer Liqasının 2021/22 mövsümündə ən çox quru oyun keçirən komandalar bəlli olub.

“Qarabağ” çempionatın 28 oyunundan 11-də qol buraxıb. 17 matçda isə rəqib ağdamlıların qapısına yol tapmayıb.

“Zirə” ikinci, “Qəbələ” üçüncüdür. Az qala hər görüşdə top buraxan “Səbail” isə 24 qarşılaşmada qapısında qol görübsə, cəmi 4 dəfə meydanı qol buraxmadan tərk edib.

1. “Qarabağ” - 17
2. “Zirə” – 13
3. “Qəbələ” – 11
4. “Neftçi” – 10
5-6. “Sabah” – 7
“Sumqayıt” – 7
7. “Şamaxı” – 5
8. “Səbail” - 4
 

0