“Qarabağ”dan çətin qələbə, Masazırda hərəyə bir qol və bir xal - YENİLƏNİB
20.08.2023 - 21:57
“Qarabağ”dan çətin qələbə, Masazırda hərəyə bir qol və bir xal - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında III tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, üçüncü oyun günündə iki matç keçirilib.

Son çempion “Qarabağ” “Araz-Naxçıvan”ı sınağa çəkib və çətin qələbə qazanıb. Əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Zubir komandasına 3 xal qazandıran qolun müəllifi olub. Qurban Qurbanovun yetirmələri çempionatda ardıcıl ikinci qələbəni qazanıblar.

Tura Bakı derbisi ilə son verilib. Avropa kuboklarında mübarizəni dayandıran iki komandanın duelində qalib müəyyənləşməyib. Hesabı "Sabah" açsa da, fasilədən dərhal sonra meydan sahibləri üstünülüyü əldən veriblər. Con İrasabal topu öz komandasının qapısından keçirib. "Neftçi" üçüncü oyunda da xal itirib. Komandanın hesabında cəmi iki xalı var. "Sabah" isə iki görüşdən sonra 4 xal toplayıb.  

Qeyd edək ki, tura avqustun 18-də start verilib.

Misli Premyer Liqası
III tur
20 avqust (bazar)

18:00. “Qarabağ” – “Araz-Naxçıvan” - 2:1
Qollar: 
Adama Diakabi, 14. Abdullah Zubir, 90+4 - Miço Kuzmanoviç, 57
Baş hakim: Nicat İsmayıllı
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 19. Redon Cica
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 44. Elvin Cəfərquliyev, 10. 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 42. Kadiri Mohammed, 8. İsmail Azzaui
Baş məşqçi: Azər Bağırov
Azersun Arena

20:00. “Sabah” – “Neftçi” - 1:1
Qollar: 
Boyan Letiç, 43 - Con İrasabal, 49 (öz qapısına)
Baş hakim: Əliyar Ağayev
"Sabah”: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 10. Aleksey İsayev (k), 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 3. Con İrasabal, 12. Vinsent Til, 27. Jarl Marqarita
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 24. Maruan Hadudi, 19. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev
“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 30. Aqil Məmmədov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 82. Rüfət Abbasov, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski
Baş məşqçi: Adrian Mutu
“Bank Respublika Arena”

 

N Klublar O Q H M T-F X
1 Zirə 3 3 0 0 4-1 9
2 Sumqayıt 2 2 0 0 6-2 6
3 Qarabağ 3 2 0 1 5-2 6
4 Turan Tovuz 3 2 0 1 5-3 6
5 Sabah 2 1 1 0 6-1 4
6 Araz Naxçıvan 3 1 0 2 3-5 3
7 Kəpəz 3 1 0 2 1-3 3
8 Neftçi 3 0 2 1 2-3 2
9 Səbail 3 0 1 2 3-7 1
10 Qəbələ 3 0 0 3 1-9 0

Bombardir: Martin Petkov ("Turan Tovuz") - 3 qol

0